"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə YÜKSƏLDİ

22:31 - 16 Sentyabr 2022

\"Neftçi\" \"Səbail\"ə qalib gələrək liderliyə YÜKSƏLDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Manset.az report-a istinadən xəbər verir ki,  "Neftçi" "Asco Arena"da "Səbail"in qonağı olub. Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran "Neftçi" ilk pilləyə yüksəlib. 5 xalı olan "dənizçilər" isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun açılış matçında "Sabah" evdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az