Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Manset.az xəbər verir ki, günün ilk matçı Gəncədə yerli “Kəpəz” komandası ilə “Səbail” arasında keçirilib.
Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını səkkizə yüksəldən “Kəpəz” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.