Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Messiyə çatdı

22:33 - 26 Noyabr 2022

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Messiyə çatdı

Fransa yığmasının hücumçusu Kilian Mbappe dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayına görə PSJ-dəki komanda yoldaşı Lionel Messiyə çatıb.

 

Manset.az xəbər verir ki, forvard Qətərdə keçirilən DÇ-2022-də Danimarka millisinə qarşı oyunda dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayını 7-yə çatdırıb. Argentinalı ulduzun da hesabında 7 qol olub. 

Bu oyuna qədər Mişel Platini və Zinəddin Zidanla eyni sayda (5) qola imza atmış 23 yaşlı hücumçu daha iki dəfə fərqlənərək həm onları, həm də Tyerri Anrini (6) geridə qoyub.

Qeyd edək ki, Mbappe Danimarka ilə oyunda dubla imza atıb. Matç isə Fransanın 2:1 hesablı qələbəsilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az