"Əl-Nəsr" klubunun Ronaldonun transferinə hazırlıq TƏFƏRRÜATLARI

13:08 - 27 Dekabr 2022

\"Əl-Nəsr\" klubunun Ronaldonun transferinə hazırlıq TƏFƏRRÜATLARI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldoya tibbi müayinə təyin edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hazırlığının təfərrüatları barədə "CBS Sports"a mənbədən bildirilib.

Klub futbolçu və onun nümayəndələri üçün yaşayış yeri hazırlayıb.

Məlum olub ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsinin geniş şərtləri artıq razılaşdırılıb.

Qeyd olunur ki, komanda qış transfer pəncərəsinin əvvəlinə kimi hücumçu ilə müqavilə bağlamağı gözləyir.

Həmçinin, "Əl-Nəsr" transfer olacağı təqdirdə Ronaldonun baş məşqçi təyinatına qədər klubun idarəçiliyində böyük rol oynayacağını bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo son klubu "Mançester Yunayted"lə qalmaqallı müsahibəsindən sonra yolları ayırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az