Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoldaşlı oyunları üçün heyəti bəlli olub.
Manset.az-ın məlumatına görə, baş məşqçi Fernandu Santuş heyətə 24 oyunçu daxil edib.
Onların arasında İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldu da var.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.