PSJ-də məğlubiyyətin ardından gərginlik yaşandı

11:25 - 13 Fevral 2023

PSJ-də məğlubiyyətin ardından gərginlik yaşandı

"PSJ"nin brazilyalı ulduz futbolçusu Neymar və klubunun idman direktoru Luis Kampos arasında mübahisə yaşanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Mənbə qeyd edir ki, "Monako"ya 1:3 hesabla uduzduqları oyundan sonra Neymar və Kampos PSJ-nin soyunub-geyinmə otağında mübahisə edib.

Daha sonra isə futbolçu ilə direktor portuqal dilində mübahisəyə başlayıblar. Söz-söhbətdə klub kapitanı Markinyos da iştirak edib.

Bildirilir ki, Kampos ilk hissədən sonra fasilədə "PSJ"nin oyunundan narazılığını bildirib, bəzi oyunçuların ünvanına sərt ifadələr işlədib.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, "PSJ" Fransa çempionatının turnir cədvəlinə liderlik etməkdə davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az