İsrailin Baş naziri Benjamin Netanyahunun Qərbi Qüdsdəki ofisində bomba təhlükəsi yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun ofisinə şübhəli bir paket göndərilib.
Xəbərdə şübhəli paket haqqında məlumat alındıqdan sonra Netanyahunun Qərbi Qüdsdəki ofisinə hüquq-mühafizə və bomba məhv etmə mütəxəssislərinin göndərildiyi qeyd olunub.
Digər tərəfdən Netanyahunun yaşadığı şimaldakı Kayseriya şəhərində bu gün polis, İsrail ordusu, yanğınsöndürən və Qırmızı Davud Ulduzu komandalarının iştirakı ilə geniş miqyaslı təxirəsalınmaz vəziyyət təlimi keçiriləcəyi bildirilib.
Təlim zamanı bölgədə təhlükəsizlik qüvvələrinin, təxirəsalınmaz vəziyyət avtomobillərinin, helikopterlər və pilotsuz uçan aparatların intensiv hərəkət etməsi gözlənilir.