Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli OLDU

19:06 - 14 Fevral 2023

Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli OLDU

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

 

Manset.az xəbər vrir ki, titula Gövhər Beydullayeva sahib çıxıb. O, son turda ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib.

Bundan başqa, Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.

Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az