PSJ “Bavariya”ya uduzdu, “Milan” “Tottenhem”ə qalib gəldi - VİDEO

09:42 - 15 Fevral 2023

PSJ “Bavariya”ya uduzdu, “Milan” “Tottenhem”ə qalib gəldi - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

 

Manset.az xəbər verir ki, 1/8 finalın ilk oyun günündə iki qarşılaşma baş tutub.

Parisdə Fransa çempionu PSJ ilə Almaniya nəhəngi “Bayern” üz-üzə gəlib. Münhen təmsilçisi səfərdən qələbə ilə dönməyə nail olub.

Günün digər oyunu isə İtaliya çempionu “Milan”la İngiltərə təmsilçisi “Tottenhem” arasında keçirilib. Bu oyunda da meydan sahibləri qələbəni bayram ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: K.Koman, 53.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu

“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: B.Dias, 7.
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az