Dünən UEFA Avropa Liqasının pley-offunda Çexiyanın "Slaviya"(Praqa) klubu ilə oyunda iki qol vuraraq (2:1, ümumi hesab 4:3) "Legiya"nı qrup mərhələsinə daşıyan Mahir Emreli qələbə sevinci ilə diqqət çəkib.
Manset.az xəbər verir ki, millimizin üzvü oyundan sonra qələbəni maşınla Varşava küçələrini gəzərək qeyd edib.