Argentina yığmasının kapitanı və “Paris Saint-Germain”ın hücumçusu Lionel Messi tezliklə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə rəsmi görüş keçirərək, mümkün keçidi müzakirə edəcək.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Onun sözlərinə görə, Messi ilə “Əl-Hilal” görüşü mayın 1-də Lorientlə oyundan sonra baş tutacaq.
Qeyd olunur ki, daha öncə “Əl-Hilal” Messiyə illik 400 milyon avro maaşla müqavilə təklif edib.