PSJ-də yeni müqavilə

17:38 - 20 May 2023

PSJ-də yeni müqavilə

Fransanın PSJ klubu müdafiəçisi Markinyosun müqaviləsinin müddətini uzadıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin yayına kimi PSJ-də qalacaq.

29 yaşlı kapitan PSJ-də 2013-cü ildən çıxış edir. O, Paris təmsilçisində 405 oyuna çıxıb, 38 qol vurub.

Daha öncə “Roma” və “Korintians”da da oynamış müdafiəçi Braziliya yığmasında da 76 oyuna çıxıb, 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az