Ozobiç “Qarabağ”dan gedir - Klubdan RƏSMİ AÇIQLAMA

18:37 - 29 May 2023

Ozobiç “Qarabağ”dan gedir - Klubdan RƏSMİ AÇIQLAMA

Filip Ozobiçin "Qarabağ"dan gedəcəyi dəqiqləşib.

 

Bunu Manset.az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib:

“Ozobiçin “Qarabağ”la müqaviləsinin müddəti başa çatır. Filipə “Qarabağ”dakı xidmətlərinə görə təşəkkür edirik, ona gələcək karyerasında uğurlar arzulayırıq. Ümid edirik ki, gələcək karyerası da ən azı “Qarabağ”dakı qədər uğurlu alınar”.

Qeyd edək ki, təcrübəli futbolçunun "Neftçi"yə keçidi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az