Ronaldo DÇ-2026-da oynayacaq?

00:43 - 07 Sentyabr 2023

Ronaldo DÇ-2026-da oynayacaq?

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

 

Manset.az bildirir ki, bu barədə "Cabine Desportiva" məlumat yayıb.

O bu barədə hələ bir şey deyə bilməyəcəyini bildirib.

"Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm", - Ronaldo bildirib.

Avqustun 29-da Ronaldo milli liqalarda qolların sayına görə daha bir dünya rekorda imza atıb. O, Səudiyyə Ərəbistanı çempionatında "Əl-Şəbab"a qarşı matçda iki dəfə fərqlənərək milli liqalarda 516 və 517-ci qolları vurub./lent.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az