Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı

01:30 - 15 Dekabr 2024

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı

Bu il Azərbaycana 2,4 milyon turist səfər edib.

 

Manset.az xəbər verir ki, bunu Şahdağda ilin yekunlarına həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə, turist sayında 28 faiz artım olub.

“Ən çox turist isə Rusiya, Türkiyə, Hindistandan ölkəmizə səfər edib.

Çindən gələn turistlərin sayı da iki dəfə artıb”, - o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az