Neftimizin bu günə olan QİYMƏTİ

10:30 - 14 İyun 2025

Neftimizin bu günə olan QİYMƏTİ

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,19 ABŞ dolları və ya 5,70% artaraq, 77,64 dollar/barel təşkil edib.


Manset.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,19 dollar və ya 5,80% bahalaşaraq 76,39 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,25 dollar və ya 7,36% artaraq, 61,99 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 4,34 dollar və ya 6,13% artaraq, 75,19 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az