Azərbaycana İsraildən turist axını artıb

10:44 - 16 İyun 2025

Azərbaycana İsraildən turist axını artıb

Bu ilin may ayında Azərbaycana 244 079 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.

Hesabat ayında Azərbaycana ən çox turist 62 809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır.

2-ci yerdə 41 299 nəfərlə (+ 10%) Türkiyə, 3-cü yerdə isə 23 326 nəfərlə ( - 21 %) Hindistan qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 17 787 nəfər (-8 %) , Səudiyyə Ərəbistanından 10 090 nəfər (+54 %), Qazaxıstandan 8 934 nəfər (+29 %), Gürcüstandan 8 223 nəfər (-6 %), Pakistandan 6 747 nəfər (+17 %), İsraildən 6 452 nəfər nəfər (+ 98 %), Çindən 5 821 nəfər (+23 %), Özbəkistandan 4 809 nəfər (+23 %), Cənubi Koreyadan 3 776 nəfər (+ 31 %), Birləşmiş Ərəb Əmirliklərindən 3 298 nəfər (+ 22 %), Ukraynadan 3 121 nəfər (- 4 %), Türkmənistandan 2 522 nəfər (- 8 %) turist gəlib.

Ötən ay regionlar üzrə isə Cənubi Asiyadan 30 863 nəfər (- 15 %), Yaxın Şərqdən 26 376 nəfər (+35 %), Mərkəzi Asiyadan 17 964 nəfər (+21 %), Şərqi Avropadan 10 408 nəfər (- 2%), Şərqi Asiyadan 10 049 nəfər (+26 %), Qərbi Avropadan 9 931 nəfər (+11 %), Amerikadan 3 584 nəfər (+ 11%), Cənub-Şərqi Asiyadan 2 252 nəfər (+ 58 %), Afrikadan isə 1 600 nəfər ( +59 %) turist axını olub.

Bu ilin yanvar-may ayılarında isə ölkəyə 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az