Kirayə bağ evlərinin qiymətində kəskin BAHALAŞMA - VİDEO

09:43 - 23 İyun 2025

Kirayə bağ evlərinin qiymətində kəskin BAHALAŞMA - VİDEO

Dənizətrafı ərazilərdə kirayə bağ evlərinin qiymətlərində əvvəlki illərlə müqayisədə kəskin bahalaşma var.


Manset.az Xəzər xəbərə istinadən bildirir ki, 2023 və 2024-cü illərlə müqayisədə bağ evlərinin qiymətində iki dəfəyə qədər artım müşahidə edilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucov deyib ki, bunun əsas səbəblərindən biri tələbin ildən-ilə artmasıdır.

Ən bahalı evlər isə Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Buradakı bağ evləri hovuzlu, kinoteatrlı, hətta tennis kortlu da ola bilir. Bu isə qiymətə birbaşa təsir göstərir.

Xaricdə istirahətə getmək istəyənlər ölkədə qalmağa üstünlük verirlər.

Cəmiyyətin sədri onu da əlavə etdi ki, bu artım tendensiyasının növbəti illərdə də davam etməsi istisina edilmir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az