Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,53 ABŞ dolları və ya 0,7% artaraq 76,02 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 75,49 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.