Pensiya alanlara VACİB XƏBƏR

14:26 - 22 İyul 2025

Pensiya alanlara VACİB XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.


Bu barədə Manset.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az