Bu ərazilərin pensiyaları ödənildi

12:26 - 13 Yanvar 2026

Bu ərazilərin pensiyaları ödənildi

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə yanvar ayının pensiyaları ödənilib

Manset.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Qeyd edək ki, 2026-cı ildən nəzərdə tutulan pensiya artımları fevral ayından etibarən ödəniləcək. Pensiyaçıların növbəti ay həm yanvar, həm də fevral ayları üzrə artımları birlikdə alacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az