Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb.
Manset.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, ötən gün neftimiz 104,20 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.