Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur.
Manset.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 2,51% azalaraq 84 326,17 ABŞ dollarına düşüb. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 10,51%, son 30 gündə isə 4,36% artıb.
“Ethereum”un qiyməti 2,65% ucuzlaşaraq 2 685,42 dollara enib. Son 7 gündə isə aktiv 10,62% bahalaşıb.
“Zcash” son sutkada 5,95% geriləyərək 1 516,64 dollar olsa da, son 30 gündə 76,39% artım göstərib. BNB 2,23% ucuzlaşaraq 773,61 dollara, “Monero” isə 1,85% azalaraq 556,03 dollara düşüb.
“Bitcoin Cash” digər əsas aktivlərdən fərqli olaraq son 24 saatda 0,39% bahalaşaraq 341,39 dollara yüksəlib. Kriptovalyutanın son 7 günlük artımı 54,69% təşkil edib.
“CoinMarketCap 20” indeksi son sutkada 2,91% azalaraq 174,98 bəndə enib.
Analitiklər bildirirlər ki, bazardakı geriləmə son günlər müşahidə olunan sürətli bahalaşmadan sonra investorların mənfəət götürməsi və qısamüddətli korreksiya ilə bağlıdır. Bununla yanaşı, əsas kriptovalyutalarda həftəlik dinamikanın müsbət qalması bazarda ümumi marağın davam etdiyini göstərir.