Ermənistan Azərbaycana alüminium folqa ixrac edib.
Manset.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında məlumat verib.
Nazir ixracın həcmini açıqlamayıb, lakin Azərbaycana alüminium folqa göndərildiyini təsdiqləyib.
Ermənistanın gələcəkdə Azərbaycana digər məhsulların da ixracını həyata keçirib-keçirməyəcəyi ilə bağlı suala isə Gevorq Papoyan "baxarıq" cavabını verib.