logo
logo logo
logo

2027-ci il üçün PROQNOZ AÇIQLANDI - Manatın taleyi necə olacaq?

20:34 - 16 Oktyabr 2026

2027-ci il üçün PROQNOZ AÇIQLANDI - Manatın taleyi necə olacaq?

"2027-ci ildə manatın məzənnəsinin sabit qalmasına təsir göstərən əsas amillərdən biri dünya bazarında neftin qiyməti olacaq. Neftin bahalaşması ölkəyə daxil olan valyutanın həcmini artırdığı halda, qiymətlərin aşağı düşməsi valyuta daxilolmalarının azalmasına səbəb ola bilər".


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, 2026-cı ildə manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmamasında dünya bazarında neftin qiymətinin yüksək olması və bunun nəticəsində ölkəyə daha çox xarici valyutanın daxil olması mühüm rol oynayıb:

"Ölkəyə daxil olan valyutanın həcminin artması Mərkəzi Bankın valyuta bazarında müdaxilələrini və sterilizasiya tədbirlərini zəruri edib. Tənzimləyici bankın xarici valyuta alması onun aktivlərinin artmasına da şərait yaradıb.

Gələn il manatın məzənnəsinə təsir edən əsas amillərdən biri də tədiyə balansının vəziyyəti olacaq. Ölkəyə daxil olan valyutanın həcmi, xüsusilə neft gəlirləri valyuta bazarında tarazlığın qorunması baxımından əhəmiyyət daşıyır.

Azərbaycanda faktiki olaraq idarə olunan məzənnə rejimi tətbiq edilir. Bu səbəbdən manatın məzənnəsinin formalaşmasında Mərkəzi Bankın mövqeyi, valyuta bazarına müdaxilələri və qəbul etdiyi qərarlar mühüm əhəmiyyət kəsb edir.

2027-ci ildə manatın məzənnəsinin sabitliyi yalnız dünya bazarında neftin qiymətindən və ölkəyə daxil olan valyutanın həcmindən deyil, həm də Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az