Hava dəyişdi, istirahət məkanları boşaldı, qiymətlər ucuzlaşdı - VİDEO

00:00 - 17 İyul 2023

Hava dəyişdi, istirahət məkanları boşaldı, qiymətlər ucuzlaşdı - VİDEO

Hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsi səbəbindən rayonlardakı istirahət məkanlarında durğunluq yaşanır.

 

Hazırda bir sıra rayonlarda hava şəraiti qeyri-sabit keçir əv bu vəziyyət  insanların istirahətinə, bölgələrə yollanmasına mənfi təsir göstərir.

Yerli turistlər istədikləri kimi gəzə bilmədikləri üçün heç yerə getmirlər, daha doğrusu gedə bilmirlər.

Məsələn, bu gün bazar günü olmasına baxmayaraq, istirahət məkanlarından birində durğunluq müşahidə etdik. Hazırda bölgələrdə yerlərin 100-də 50-i istifadəsiz idi.

Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev deyir ki, turist sayının azalması istirahət məkanlarında qiymətlərə də təsir edib. Hazırda qiymətlərdə 15-20% ucuzlaşma var.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az