Almatı-Tbilisi reysi ilə uçan təyyarə təcili Bakıya eniş etdi

22:20 - 02 Avqust 2023

Almatı-Tbilisi reysi ilə uçan təyyarə təcili Bakıya eniş etdi

Almatı-Tbilisi reysini həyata keçirən təyyarə Bakı hava limanına eniş edib.

 

Bu barədə Manset.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az