Transxəzər marşrutu üzrə tərəfdaşların növbəti iclası

20:20 - 29 Sentyabr 2023

Transxəzər marşrutu üzrə tərəfdaşların növbəti iclası

28-29 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının növbəti iclası baş tutub.

 

Manset.az xəbər verir ki, iclasda sözügedən marşruta əlavə yük həcmlərinin cəlb edilməsi və xidmət keyfiyyətinin, o cümlədən yük əməliyyatlarının səmərəliliyinin artırılması ilə bağlı məhsuldar müzakirələr aparılıb. 

Eyni zamanda, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nizamnamə və üzvlük haqqında Əsasnamənin yeni versiyası yekdilliklə qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az