"Bu il Azərbaycanda orta illik inflyasiya 9,5 % olacaq" - Nazir

12:54 - 02 Noyabr 2023

\"Bu il Azərbaycanda orta illik inflyasiya 9,5 % olacaq\" - Nazir

Qiymət artımlarına təsir edən xarici və daxili amillər, o cümlədən növbəti il dünyada ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla Azərbaycanda orta illik inflyasiya cari ildə 9,5 % səviyyəsində olacaq.

 

Manset.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, inflyasiyanın 2024-cü ildə 5,3 %, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 % ətrafında olacağı proqnozlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az