Çay kənarında "Kalaşnikov" tapıldı

20:24 - 05 Mart 2024

Çay kənarında \"Kalaşnikov\" tapıldı

Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az