Şirvan şəhərində 1986-cı il təvəllüdü Sahib Nağıyev ailə münaqişəsi zəminində arvadı, 1984-cü il təvəllüdlü Pərvanə Nağıyevanı öldürüb.
Manset.az demokrat.az-a istinadən xəbər verir ki, Sahib 2008-ci ildən rəsmi nikahda olduğu Pərvanə ı və ailə üzvləri ilə məskunlaşdığı Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən “Hacı Camalxan” kəndli fermer təsərrüfatının çörək sexinin inzibati binasında yaşayıb.
O, 2018-ci ildən hadisə baş verən günə qədər arvadı Pərvanəyə qarşı diqqətsizlik, saymazyana hərəkətlər etdiyindən sonuncunun isə onu qısqandığından, həmçinin onun anasına verilmiş şəhərin Fətəli Xan Xoyski küçəsində yerləşən “Qaçqın və məcburi köçkünlərin” yaşayış kompleksində olan mənzilə köçürtmək barədə xahişlərinə məhəl qoymadığı üçün, xasiyyətlərinin düz gəlməməsi səbəbindən aralarında ailə məişət münasibətləri zəminində daimi mübahisə və dava-dalaşları olub.
Sahib 25 fevral 2020-ci ildə, günorta saatlarında Pərvanə ilə yenidən eyni səbəbdən aralarında baş vermiş ailə-məişət münaqişəsi zəminində mübahisə düşdüyündən, o anasına məxsus “Qaçqın və məcburi köçkünlərin” yaşayış kompleksində olan mənzilə gedərək orada gecələyib.
Sahib fevralın 26-da, saat 17 radələrində evlərinə qayıtdıqda arvadı Pərvanə ondan evdə gecələməməsinin səbəbi ilə maraqlanıb. Yenidən aralarında mübahisə yaranıb.
Sahib sakitləşmək məqsədilə həyətdə oturub, spirtli içki araq qəbul etdikdən sonra gəzişməyə başlayıb. Pərvanənin yenidən qışqırıq səslərini eşitdikdə nə baş verməsini öyrənmək məqsədilə evə gələn zaman anası Gülizar qapının önündə ona Pərvanə Nağıyevanın əsəbi olmasını bildirib, sakitləşdirməsini xahiş edib.
Sahib mənzilə daxil olduqdan sonra Pərvanənin yenə onunla mübahisə etmək istəməsini görüb. O, həmin otaqda olan az yaşlı övladlarının bunun şahidi olmaması üçün Pərvanəni evin ikinci mərtəbəsində yerləşən yataq otağına aparıb.
Orada ona iradlarını bildirib. Pərvanə onun sözlərinə məhəl qoymayaraq öz bildiyi kimi yaşayacağını, atasını çağıraraq ondan boşanacağını, dövlət tərəfindən anasına verilmiş evə köçəcəyini, aliment alaraq rahat yaşayacağını qışqıraraq bildirib.
Bu zaman aralarında növbəti dəfə baş vermiş gərgin ailə-məişət münaqişəsi zəminində Sahib əsəblərini cilovlaya bilməyərək spirtli içkinin təsiri altında Pərvanəni öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Pərvanəni çarpayıya yıxıb, hər iki əli ilə onu boğmağa başlayıb. Pərvanə əvvəl çırpınaraq ona müqavimət göstərmək istəsə də o, öz hərəkətlərini davam etdirib, sonuncunun boğaz nahiyəsindən daha da möhkəm sıxıb. Pərvanə boğulma nəticəsində ölüb.
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası Bəsirə ifadəsində göstərib ki, qızı Pərvanə ailəsinə bağlı bir qadın olub, uşaqlarını xüsusi tərbiyə ilə böyüdüb: “Sahib Pərvanəni çox qısqanıb, evdən kənara getməsinə, toy və ya yas mərasimlərində iştirakına icazə verməyib. Əmək haqqı aldıqda uşaqları apararaq mövsümi paltarlar alsa da, Pərvanəyə heç vaxt paltar almayıb. Bir dəfə Pərvanə ona yeni verilən mənzildə təmizlik işləri aparan zaman oradan qadın tükü tapdığını, Sahibin hansısa qadınla münasibətinin olduğunu demişdi”.
Hüquqi varisin sözlərinə görə, bundan başqa Sahibin evə gec gəldiyini, bəzi gecələr ümumiyyətlə gəlmədiyini, ona qadın gözü ilə baxmadığını bildirib: “Gecə saatlarında polis əməkdaşları mənə qızım Pərvanənin öldürüldüyünü dedilər. Hazırkı işlə əlaqədar olaraq təqsirləndirilən şəxs Sahib Nağıyevə verilən ittihamla heç cür razılaşa bilmirəm. Hadisə vaxtı evdə olmuş nəvələrim Möhsüm və İdris hadisədən sonra mənə bildirdilər ki, ataları Sahib anaları Pərvanəni zorla sürüyə-sürüyə həmin otağa aparıb, onunla mübahisə edərək dalaşıb, daha sonra çarpayıda uzadaraq onu boğmağa başlayıb, anaları Pərvanə onu öldürməməsi üçün yalvarıb, aman diləyiblər. Eyni zamanda nəvələrim həmin vaxt qapı aralı olduğu üçün onlar da atalarına ağlayaraq analarını öldürməməsi üçün yalvarıblar. Lakin Sahib hirslə gələrək onları aşağı düşürdüb, qapını itələyərək bağlayıb, yenidən həmin otağa qalxıb. Onlar yenidən nənələri Gülzarın da göstərişi ilə həmin otağın qapısını açmaq istəyib, lakin qapı bağlı olduğundan çöldən atalarına ağlayaraq, qışqıraraq analarını öldürməməsi üçün yalvarıblar. Daha sonra ataları Sahib əynində mayka və tumanla aşağıya düşüb, mətbəxdən bıçaq götürərək həmin otağa qayıdıb, anaları Pərvanənin boğazını kəsib”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, tərəflər Zəngilan rayonu, Mincivan qəsəbəsinin sakinləridir.
Xatırladaq ki, “Hacı Camalxan” kəndli fermer təsərrüfatı mərhum nazir Yavər Camalovun qohumlarına məxsusdur.
Sabiq nazir Yavər Camalov 2018-ci il iyunun 23-də vəfat edib.
Mərhum nazirin qohumlarına məxsus mülkdə QƏTL: Kişi arvadını azyaşlı uşaqlarının gözləri qarşısında öldürdü
10:24 - 15 Noyabr 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
02 Aprel 2026 - 21:16
1 həftə əvvəl ailə quran Ümid Bayramov qətlə yetirildi
02 Aprel 2026 - 16:35
SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
03 Aprel 2026 - 12:25
Aynur Kərimovaya yeni vəzifə verildi
02 Aprel 2026 - 17:11
Əməkdar artist kimlərə və niyə 100 min təklif edir? - VİDEO
03 Aprel 2026 - 12:08
Azərbaycanda 17 yüksəkvəzifəli şəxs cəzalandırıldı - RƏSMİ
02 Aprel 2026 - 15:52
Valideynlərini qətlə yetirdi - Polisə zəng edib təslim oldu
03 Aprel 2026 - 12:11
"Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib"
02 Aprel 2026 - 16:50
Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ
İran hazırlıqları genişləndirir - Fantastik əsgər sayısı
02 Aprel 2026 - 19:54
Səbinə Əliyeva qlobal tribunada - Uşaqlar rəqəmsal risk altında - FOTOLAR
02 Aprel 2026 - 16:07
530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan şikayət
02 Aprel 2026 - 22:59
Türkiyədə güclü zəlzələ oldu
Xəbər xətti
- 03 Aprel 2026
- 15:34 Bu şəxslərin maaşının vergi tutulan hissəsi 400 manat azaldılır
- 15:32 Yük təyyarəsi qəzaya düşdü - Ölənlər var
- 15:18 AccessBank-dan “Gül kimi” təklif
- 15:13 Sabah yenidən intensiv yağışlar başlayır - XƏBƏRDARLIQ
- 15:10 Qurban Qurbanovun iclaslarda az iştirak etməsinə Rövşən Nəcəfdən REAKSİYA
- 15:00 Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
- 14:45 Onların təhsil haqqını dövlət ödəyəcək
- 14:29 Bir həftə əvvəl 20 yaşlı gənci öldürən şəxs belə saxlanıldı - VİDEO
- 14:16 Rüfət İsmayılovun milyardlıq əmlakı müsadirə edildi
- 13:59 Peşə təhsilinə maraq artdı - Müraciət rekord həddə
- 13:54 NATO və Rusiya Ankarada üz-üzə gəldi
- 13:37 Qadınların peşə təhsilinə marağı artır
- 13:34 Ərini qonşusu ilə öz yatağında tutan qadın dəliyə döndü - ANBAAN VİDEO
- 13:22 Bu tarixdə intensiv yağış yağacaq - Güclü külək əsəcək
- 13:19 “Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
- 13:06 Azərbaycanda deputat evinə getdiyi qadının əri tərəfindən tutuldu - Pəncərədən qaçdı
- 12:53 Azərbaycanda toy edənlərin sayı niyə kəskin azalıb? - VİDEO
- 12:36 İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
- 12:25 Aynur Kərimovaya yeni vəzifə verildi
- 12:16 Narkotik qəbul etdi - Parkda 3 yaşlı uşağı bıçaqladı
- 12:11 "Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib"
- 12:08 Azərbaycanda 17 yüksəkvəzifəli şəxs cəzalandırıldı - RƏSMİ
- 12:06 43 nəfər qətlə yetirildi - Konqoda dəhşətli qətliam
- 12:00 Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlanıldı
- 11:53 Neft zavoduna PUA hücumu
- 11:23 Azərbaycanda daha bir yol ödənişli olacaq - YENİ QƏRAR
- 11:11 52 illik cinayətin sirri açıldı - Qatil üzə çıxdı
- 11:07 Bakıda "Land Rover"in sürücüsü həyəti zəbt etdi - FOTO
- 11:01 Pakistanda polis postuna silahlı HÜCUM - Ölən və yaralananlar var
- 10:55 Bu ərazilərdə qaz olmayacaq
- 10:39 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı
- 10:20 Trampın açıqlamaları dünya bazarını silkələdi
- 10:03 Neftimiz bu gün neçəyə satılır?
- 09:35 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
- 09:15 Azərbaycan kubokunda yarımfinal başlayır
- 08:59 Paytaxtın bu küçələrində sıxlıq var
- 08:30 Uşaqlarla pul haqqında necə danışmalı?
- 08:00 Ömrümüzü qısaldan vərdişlər
- 07:30 İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı
- 01:30 Yatmazdan əvvəl bunları etməyin - Vacib məsləhətlər
- 00:30 “Real”ın hədəfində 7 futbolçu var
- 02 Aprel 2026
- 23:54 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:46 Gəncədə 41 yaşlı kişi bıçaqlandı
- 23:32 Azərbaycanın "Avroviziya-2026"da səhnəyə ÇIXIŞ SIRASI
- 23:15 Ermənistanda poliqonda partlayış - Ölən var
- 22:59 Türkiyədə güclü zəlzələ oldu
- 22:45 Əraqçi ilə Lavrov regional məsələləri müzakirə etdilər
- 22:29 Salyanda 4 otaqlı ev YANDI
- 22:16 Sabah bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
- 21:52 Tramp onu vəzifəsindən azad etdi
- 21:33 Sahibsiz itin hücumuna məruz qalan azyaşlının SON DURUMU