logo
logo logo
logo

Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO/VİDEO - YENİLƏNİB

18:28 - 09 İyul 2026

Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO/VİDEO - YENİLƏNİB

Küçədə güllələnən Amaliya Qəhrəmanovanın ölümü ilə bağlı daha bir təfərrüat məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, o, iş yerinin qarşısında qətlə yetirilib.

Belə ki, 44 yaşlı qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş.

Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.

Qeyd olunub ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış.

***

17:16

Bakıda silahlı insident baş verib.


Manset.az Unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.

Belə ki, kişi tüfənglə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az