Goranboy şəhərində 2 qadın bıçaqlanıb.
Manşet.az "Report"a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü S.Hüseynova və həmyaşıdı S.Ələkbərova bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            