Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürüldü - FOTO

19:13 - 03 İyul 2023

Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürüldü - FOTO

Ukraynada azərbaycanlı avtoritet öldürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Lent.az-a öldürülən avtoritetin yaxınları məlumat verib.

Onların sözlərinə görə, iki ay əvvəl kriminal aləmdə “Sedoy” ləqəbi ilə tanınan 35 yaşlı Yasin Rzayev bir qrup şəxs tərəfindən döyülüb. Onu döyənlər də kriminal aləmlə əlaqələri olan şəxslər olub. Onların arasında azərbaycanlılar var.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Y.Rzayev bir müddət sonra orada dünyasını dəyişib.

Mərhumun cənazəsi çətinliklə də olsa Azərbaycana gətirilib və doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az