Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, yanvarın 6-sı saat 19 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.