Müğənni Elçin Cəfərov yenidən təhsil almaq istəyir.
Manset.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, ikinci təhsil istəyir:
"Bəstəkarlıq edirəm. Amma bu sahədə təhsil almamışam. İstəyirəm bəstəkarlıq üzrə də təhsil alım. Bir mahnı üzərində çox əziyyət çəkirəm. Kiməsə mahnı verəndə səsləndirməsində, aranjimanda özüm olmaq istəyirəm. Bütün vaxtım gedir".