Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir.
Manset.az xəbər verir ki, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.
Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.
Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimdə açılış nitqi söyləyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.
Qonaqları salamlayan nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.
Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.
Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub.
Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.
Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılıb.
Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olundu - FOTO
09:47 - 14 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
01 Sentyabr 2026 - 20:24
Məhkəmədən Vəfa Şərifova və Afət Fərmanqızı davası ilə bağlı QƏRAR
02 Sentyabr 2026 - 01:41
SON DƏQİQƏ: Goranboyda dəhşətli partlayış - İcra başçısından açıqlama
01 Sentyabr 2026 - 09:21
Hikmət Hacıyev Simonyanla görüşdü
01 Sentyabr 2026 - 09:34
İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR
01 Sentyabr 2026 - 11:23
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
01 Sentyabr 2026 - 12:39
Əməkdar jurnalistin 185 mini ələ keçirildi - Şöbə rəisi olmaq istəyirmiş
01 Sentyabr 2026 - 13:45
“Fənərbaxça” 4 futbolçu ilə yollarını ayırır
01 Sentyabr 2026 - 14:10
“Qalatasaray” transferlə bağlı qərarını açıqladı
01 Sentyabr 2026 - 21:43
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı PAYLAŞIM
01 Sentyabr 2026 - 19:21
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatdı - FOTOLAR
01 Sentyabr 2026 - 11:15
İlham Əliyev Narenda Modi ilə görüşdü - FOTO
01 Sentyabr 2026 - 11:21
Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı
Xəbər xətti
- 02 Sentyabr 2026
- 03:06 Goranboyda nə baş verir? FHN-dən açıqlama
- 01:41 SON DƏQİQƏ: Goranboyda dəhşətli partlayış - İcra başçısından açıqlama
- 01:30 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər
- 00:30 Argentina “10” nömrəsini kimə həvalə edəcək?
- 01 Sentyabr 2026
- 23:56 “Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçada qalmaqal - VİDEO
- 23:48 "ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirildi" - SEPAH
- 23:32 "ABŞ toy keçirilən obyekti bombaladı, ölənlər var" - Tasnim
- 23:16 Hörmüz boğazı bağlandı
- 22:59 Bakıda bu yollar bağlanacaq - Sürücülərin NƏZƏRİNƏ
- 22:41 Milimiz Türkiyəyə uduzdu
- 22:28 "ABŞ-nin hücumlarına sarsıdıcı zərbələrlə cavab veriləcək"
- 22:17 Gədəbəydə kişi evində ölü tapıldı
- 22:00 "ABŞ İran obyektlərinə güclü zərbələr endirir" - Tramp
- 21:43 Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı PAYLAŞIM
- 21:28 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu
- 21:11 CENTCOM Hörmüzdə SEPAH-ın obyektlərinə hücum etdi
- 20:46 Putin Pezeşkianla müzakirə apardı
- 20:24 Məhkəmədən Vəfa Şərifova və Afət Fərmanqızı davası ilə bağlı QƏRAR
- 20:16 Fatih Tekke “Trabzonspor”dan ayrıldı
- 19:51 Prezidentdən Narendra Modi ilə görüşünə dair PAYLAŞIM
- 19:39 Bir azdan Azərbaycan və Türkiyə oyunu BAŞLAYIR
- 19:21 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatdı - FOTOLAR
- 19:06 Birinci xanımlar “Ala-Arça”dakı sərgidə - VİDEO
- 18:49 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi
- 18:31 Ərdoğanla Putinin görüşü keçirilir
- 18:12 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 17:54 Starmer deputat mandatından istefa verdi
- 17:41 ABŞ şirkəti Çin və Rusiyanın yataqlarını alır
- 17:35 Babək prospektində maşın yandı - VİDEO
- 17:25 Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar
- 17:05 Gölün ortasında hərəkət edən meşə - “Üzən ada” peyda oldu
- 16:51 Seyidbəyli kəndində 34 ildən sonra ilk toy - FOTO
- 16:45 Rusiya Kiyevi yenidən vurdu - 12 ölü, 20 yaralı
- 16:32 Modidən Putinə çağırış - “Müharibəyə son qoyun”
- 16:27 232 minlik malı qanunsuz keçirmək istədilər
- 16:14 İlham Əliyevin sosial media hesablarında paylaşım edildi
- 16:00 4,3 milyon dollarlıq brilyant boyunbağı belə oğurlandı
- 15:36 "Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik" - Paşinyan
- 15:20 Gədəbəydə 34 il əvvəl törədilmiş cinayətin TƏFƏRRÜATI
- 15:10 Miqrant axını Avropada yeni gərginlik yaratdı
- 15:01 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü
- 14:40 3 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı – Vəziyyəti ağırdır
- 14:27 "Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir"
- 14:15 Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
- 14:10 “Qalatasaray” transferlə bağlı qərarını açıqladı
- 14:05 İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTOLAR
- 14:01 Əmioğlular avtomobilin vurması nəticəsində öldü
- 14:00 Kamal Abdullanın romanı Türkiyədə çap olundu
- 13:45 “Fənərbaxça” 4 futbolçu ilə yollarını ayırır
- 13:30 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin QAYDALARI
- 13:20 4 ildir itkin düşmüşdü - Öldürüldüyü məlum oldu