Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Manset.az xəbər verir ki, sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyət Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib.
Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər.
Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek Iskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda "Zərdabi nəşr"də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
17:50 - 24 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
11 Aprel 2026 - 13:58
Azərbaycanın sabiq məşhur nazirinə ağır itki
11 Aprel 2026 - 11:37
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
11 Aprel 2026 - 17:25
İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
11 Aprel 2026 - 17:47
Ceyhun Bayramova ağır itki - FOTO
11 Aprel 2026 - 15:05
Gəncə prospektində sürüşmə baş verdi
11 Aprel 2026 - 19:20
Türkiyədə zəlzələ oldu
11 Aprel 2026 - 21:00
36 yaşlı fəhlə iş zamanı həyatını itirdi
11 Aprel 2026 - 14:35
Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
11 Aprel 2026 - 11:58
Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
11 Aprel 2026 - 15:40
Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı
11 Aprel 2026 - 09:15
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı
11 Aprel 2026 - 17:17
Masazırda 2 qadın qətlə öldürüldü - Cinayət işi başlandı - Yenilənib
Xəbər xətti
- 11 Aprel 2026
- 23:50 Kanala düşərək ölən 7 yaşlı Aylinin - Fotosu
- 23:43 Kafede bıçaqlanan 27 yaşlı kişi ölüb
- 23:23 Türkiyədə 5 məşhurun narkotik testi müsbət çıxdı - SİYAHI
- 23:00 İrana qarşı əməliyyat hələ başa çatmayıb - Netanyahu
- 22:38 Qubada ağır qəza - Xəsarət alanlar var
- 22:22 “Neftçi”dən növbəti qələbə
- 22:00 "Hörmüz boğazı tezliklə açılacaq" - Tramp
- 21:43 Tural Kərimova yüksək vəzifə verildi
- 21:22 İran və ABŞ arasında birbaşa danışıqlar yekunlaşdı - YENİLƏNİB
- 21:00 36 yaşlı fəhlə iş zamanı həyatını itirdi
- 20:46 Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian
- 20:21 Kürdə suyun səviyyəsi artdı
- 19:59 İslamabad danışıqları sabah da davam edə bilər
- 19:40 İraqın yeni prezidenti o oldu – FOTO
- 19:20 Türkiyədə zəlzələ oldu
- 19:05 Şəmkirdə qadın sirkədən zəhərlənib öldü
- 18:42 Tahir Salahovun qəbirüstü abidəsi ucadıldı
- 18:19 Bakının 550 küçəsi yuyulddu
- 17:47 Ceyhun Bayramova ağır itki - FOTO
- 17:25 İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 17:17 Masazırda 2 qadın qətlə öldürüldü - Cinayət işi başlandı - Yenilənib
- 17:07 Kollektor daşmasının fəsadları aradan qaldırılır - VİDEO/FOTO
- 16:58 Rusiya və Ukrayna əsirləri dəyişdilər
- 16:39 Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
- 16:15 İmişlidə kişi evi ilə birlikdə yandı
- 15:55 Neftçalada Milli Qəhrəmanın 45 illik yubileyi və anım günü qeyd olunub - FOTOLAR
- 15:40 Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı
- 15:16 Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri Qəbələdə - Fotolar
- 15:05 Gəncə prospektində sürüşmə baş verdi
- 14:35 Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
- 14:24 İran nümayəndə heyəti Pakistanın Baş naziri ilə görüşür
- 14:12 ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
- 13:59 15 yaşlı qızın meyiti tapıldı
- 13:58 Azərbaycanın sabiq məşhur nazirinə ağır itki
- 13:40 AFFA bu oyunları təxirə saldı
- 13:25 Bakıda evlərdən oğurluq edən şəxs saxlanıldı
- 13:08 Bəzi ərazilərə qar yağacaq - Sabahın havası
- 13:00 7 yaşlı qız kanalda boğuldu - Tərtərdə FACİƏ
- 12:27 Tərtərdə 2 nəfər dönərdən zəhərləndi
- 12:12 Cəlilabadda 17 kq narkotik aşkarlandı - FOTO/VİDEO
- 11:58 Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
- 11:37 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
- 11:25 Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
- 11:17 Bu gün “Qarabağ”ın oyunu var
- 11:12 Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı
- 11:00 Neftimizin yeni QİYMƏTİ
- 10:44 Naxçıvanda yaşayanların NƏZƏRİNƏ
- 10:21 İran 41 gündür internetsiz qalıb
- 10:09 Zubir "Qarabağ"dan gedir
- 09:37 "İranın nüvə silahı olmamalıdır"
- 09:15 Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı