Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri maraqlı konsert, tədbir və təqdimatlarla davam edir.
Manset.az xəbər verir ki, sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva imzalayıblar.
İmzalanma mərasimindən sonra Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva tərəfindən guşənin açılışını bildirən rəmzi lent kəsilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək "Azərbaycan ədəbiyyatı guşəsi" haqqında məlumat verib. Qeyd edib ki, guşədə Azərbaycanın bugünkü uğurlarına dair, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə, ölkəmizin müasir inkişafına dair nəşrlər, eyni zamanda tariximiz mədəniyyət və ədəbiyyatımızla bağlı kitablar təqdim edilir. Daimi guşədə ümumilikdə 250-dən çox kitab nümayiş olunur.
Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasında "Qazaxıstan ədəbiyyatı guşəsi" 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təntənəli şəkildə açılıb.
Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva Azərbaycan Milli Kitabxanası ilə 2003-cü ildən əməkdaşlıq etdiklərini söyləyib. O, bundan sonra da iki kitabxana arasında əməkdaşlıq inkişaf edəcəyini deyib.
Digər çıxış edənlər iki kitabxana arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, Qazaxıstan kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılmasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və şair, esseist Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim olunub.
Sonda tədbir iştirakçıları milli mətbəximizin təamlarından dadıb və "Azərbaycan ədəbiyyatı guşəsi"ndə yer alan nəşrlərlə tanış olublar.
Qazaxıstanda “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı oldu - FOTOLAR
14:10 - 25 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
11 Aprel 2026 - 13:58
Azərbaycanın sabiq məşhur nazirinə ağır itki
11 Aprel 2026 - 11:37
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
11 Aprel 2026 - 17:25
İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
11 Aprel 2026 - 17:47
Ceyhun Bayramova ağır itki - FOTO
11 Aprel 2026 - 15:05
Gəncə prospektində sürüşmə baş verdi
11 Aprel 2026 - 19:20
Türkiyədə zəlzələ oldu
11 Aprel 2026 - 21:00
36 yaşlı fəhlə iş zamanı həyatını itirdi
11 Aprel 2026 - 14:35
Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
11 Aprel 2026 - 11:58
Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
11 Aprel 2026 - 15:40
Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı
11 Aprel 2026 - 09:15
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı
11 Aprel 2026 - 17:17
Masazırda 2 qadın qətlə öldürüldü - Cinayət işi başlandı - Yenilənib
Xəbər xətti
- 11 Aprel 2026
- 23:50 Kanala düşərək ölən 7 yaşlı Aylinin - Fotosu
- 23:43 Kafede bıçaqlanan 27 yaşlı kişi ölüb
- 23:23 Türkiyədə 5 məşhurun narkotik testi müsbət çıxdı - SİYAHI
- 23:00 İrana qarşı əməliyyat hələ başa çatmayıb - Netanyahu
- 22:38 Qubada ağır qəza - Xəsarət alanlar var
- 22:22 “Neftçi”dən növbəti qələbə
- 22:00 "Hörmüz boğazı tezliklə açılacaq" - Tramp
- 21:43 Tural Kərimova yüksək vəzifə verildi
- 21:22 İran və ABŞ arasında birbaşa danışıqlar yekunlaşdı - YENİLƏNİB
- 21:00 36 yaşlı fəhlə iş zamanı həyatını itirdi
- 20:46 Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian
- 20:21 Kürdə suyun səviyyəsi artdı
- 19:59 İslamabad danışıqları sabah da davam edə bilər
- 19:40 İraqın yeni prezidenti o oldu – FOTO
- 19:20 Türkiyədə zəlzələ oldu
- 19:05 Şəmkirdə qadın sirkədən zəhərlənib öldü
- 18:42 Tahir Salahovun qəbirüstü abidəsi ucadıldı
- 18:19 Bakının 550 küçəsi yuyulddu
- 17:47 Ceyhun Bayramova ağır itki - FOTO
- 17:25 İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 17:17 Masazırda 2 qadın qətlə öldürüldü - Cinayət işi başlandı - Yenilənib
- 17:07 Kollektor daşmasının fəsadları aradan qaldırılır - VİDEO/FOTO
- 16:58 Rusiya və Ukrayna əsirləri dəyişdilər
- 16:39 Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
- 16:15 İmişlidə kişi evi ilə birlikdə yandı
- 15:55 Neftçalada Milli Qəhrəmanın 45 illik yubileyi və anım günü qeyd olunub - FOTOLAR
- 15:40 Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı
- 15:16 Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri Qəbələdə - Fotolar
- 15:05 Gəncə prospektində sürüşmə baş verdi
- 14:35 Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
- 14:24 İran nümayəndə heyəti Pakistanın Baş naziri ilə görüşür
- 14:12 ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
- 13:59 15 yaşlı qızın meyiti tapıldı
- 13:58 Azərbaycanın sabiq məşhur nazirinə ağır itki
- 13:40 AFFA bu oyunları təxirə saldı
- 13:25 Bakıda evlərdən oğurluq edən şəxs saxlanıldı
- 13:08 Bəzi ərazilərə qar yağacaq - Sabahın havası
- 13:00 7 yaşlı qız kanalda boğuldu - Tərtərdə FACİƏ
- 12:27 Tərtərdə 2 nəfər dönərdən zəhərləndi
- 12:12 Cəlilabadda 17 kq narkotik aşkarlandı - FOTO/VİDEO
- 11:58 Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
- 11:37 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
- 11:25 Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
- 11:17 Bu gün “Qarabağ”ın oyunu var
- 11:12 Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı
- 11:00 Neftimizin yeni QİYMƏTİ
- 10:44 Naxçıvanda yaşayanların NƏZƏRİNƏ
- 10:21 İran 41 gündür internetsiz qalıb
- 10:09 Zubir "Qarabağ"dan gedir
- 09:37 "İranın nüvə silahı olmamalıdır"
- 09:15 Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı