Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” adlı yeni layihə həyata keçirilir. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.
Manset.az xəbər verir ki, layihə çərçivəsində Lənkəran Dövlət Dram Teatrı 29-30 oktyabr tarixlərində Bakıda qastrolda olacaq. Oktyabrın 29-da qonaq kollektivin təqdimatında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni səhnə əsərinin – “Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçiriləcək.
Yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan “Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.
Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi – ömrünün bu ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...
Amma Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Çünki quş dilini də bilmir. Tanrı quşunu Allahın insana əmanəti olan vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar...
Psixoloji-dram janrlı səhnə əsərinə teatrın baş rejissoru Anar Babalı quruluş verib.
Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar Aydan Əliyevadır.
Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Mələykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və Zeynal Məmmədzadə ifa edirlər.
Lənkəran teatrı layihə üzrə oktyabrın 30-da Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırladığı “Casus” tamaşasını da Akademik Milli Dram Teatrında nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.
Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Buludxan Buludov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatın), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Saleh Əzimzadə (Beyrək) çıxış edəcəklər.
“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir...
Lənkəran teatrı paytaxtımıza qastrola gəlir
17:53 - 28 Oktyabr 2024

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlandı

"Həyat yoldaşım çox zövqlüdür" - Namiq Qaraçuxurlu

Mədəniyyət Nazirliyi bu xəbəri təkzib etdi - FOTO

Direktor və müavinlərin işə qəbulu nəticələri açıqlandı

“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi

"Verilişdə müğənnilərə gələn hədiyyələr saxtadır"

Almaxanım ana oldu

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə mühafizəyə alındı - FOTOLAR

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi - FOTO

“Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışından FOTOLAR

Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edildi

Əməkdar artist medalla təltif edildi - FOTOLAR
Xəbər xətti
- 08 İyul 2025
- 13:07 Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüyə aparan yollar genişləndirilir - VİDEO/FOTO
- 13:07 “Ukraynaya daha çox silah göndərməliyik” - Tramp
- 12:59 Bu yol bizim yolumuzdur - Gülər Mübariz yazır
- 12:45 DTX əməliyyat keçirdi - Xaricdən müdaxilənin qarşısı alındı
- 12:38 Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
- 12:32 HTS ABŞ-nin terror siyahısından çıxarıldı
- 12:19 Hərbi prokuror sərhədçilərlə birlikdə - FOTOLAR
- 12:14 QHT-lər bu halda cərimələnəcək
- 12:10 Qazın xəbərdarlıqsız kəsilməsi qadağan ediləcək
- 11:55 “Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
- 11:50 Bakıda magistral su kəməri yenilənir - VİDEO/FOTO
- 11:44 "İsrailin hücumlarında ölənlərin sayı 1100-ə çatıb" - İran
- 11:30 Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlandı
- 11:20 Rusiya İrana uran təklif edir
- 11:09 Tanınmış iş adamının oğlu faciəvi şəkildə öldü
- 10:55 Bakının bu qəsəbəsində işıq olmayacaq
- 10:49 Rabitə mərkəzində yanğın - 22 nəfər xəsarət aldı
- 10:36 Texasda ölənlərin sayı 100-ü keçdi
- 10:29 Sərin yay bu məhsulların qiymətini bahalaşdıracaq
- 10:12 Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
- 10:07 Həsən Kür vəfat etdi
- 09:49 Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər
- 09:36 "Barselona" Rafael Leao ilə maraqlanır
- 09:19 TikTok ABŞ üçün alternativ proqram hazırlayır
- 09:00 İki əsas prospektdə tıxac var
- 08:53 "Qalatasaray" Osimhen üçün geri dönür – Yeni təklif hazırlanır
- 08:38 Tramp və Netanyahu Qəzzadakı atəşkəsi müzakirə etdilər
- 08:30 Albalı və gilasın qiyməti "CİB YANDIRIR"
- 08:00 Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər
- 01:30 Özünü hədiyyə verilən silahla vurub... - Axşam tutacaqlarmış
- 00:30 "Qarabağ" 4 qol vurub uduzdu
- 07 İyul 2025
- 23:57 "Həyat yoldaşım çox zövqlüdür" - Namiq Qaraçuxurlu
- 23:52 Məhkəmə “Sputnik Azərbaycan”ın rəhbərliyini həbsdə saxladı
- 23:35 Rusiyada güclü YANĞIN
- 22:54 Fransada deputat intihar etdi
- 22:34 Türkiyədə güclü zəlzələ oldu
- 22:12 Milli Məclisdə ictimai dinləmə keçirildi - FOTOLAR
- 21:48 Abşeronda yaşayış binasında PARTLAYIŞ: Yaralılar var - VİDEO
- 21:36 Şəmkirdə istixana yandı - FOTO
- 21:21 Sabah bu ərazilərdə qaz olmayacaq
- 20:58 Pezeşkiandan Trampla bağlı iddialara CAVAB
- 20:42 Hakan Fidan rusiyalı həmkarı ilə görüşdü
- 20:16 Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi
- 19:58 Türkiyədə meşə yanır
- 19:32 "Beşbarmaq"da qayaya çırpılan qadınla bağlı hadisənin TƏFƏRRÜATI
- 19:20 Mədəniyyət Nazirliyi bu xəbəri təkzib etdi - FOTO
- 19:07 DTX və DSX birgə əməliyyat keçirdi
- 18:57 “20 yanvar” metrostansiyası yaxınlığında yanğın söndürüldü
- 18:51 Yeni hakimlər kollektivə təqdim olundular
- 18:48 Bu ölkədə güclü zəlzələ oldu
- 18:00 “Azərişıq” ASC-nin gənc mütəxəssisləri 2 nominasiya üzrə qalib olublar - FOTOLAR

