Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" adlı bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.
Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.
Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.
Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.
Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.
Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
"Cənnət yuxusu" filminin premyerası keçirildi - FOTOLAR
10:42 - 12 Mart 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Oktyabr 2026 - 20:16
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul etdi
23 Oktyabr 2026 - 16:09
İlham Əliyev bu sazişi təsdiqlədi - FƏRMAN
23 Oktyabr 2026 - 11:27
İbad Hüseynov Gürcüstanda saxlanıldı
23 Oktyabr 2026 - 10:42
Ehtiram Əliyev xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır
23 Oktyabr 2026 - 16:50
Salyanda ağır qəza - Ölən və yaralananlar var (YENİLƏNDİ)
23 Oktyabr 2026 - 12:16
Sabah yağış yağacaq - PROQNOZ
24 Oktyabr 2026 - 00:33
Bakıda ilk kozinonun açılacağı tarix elan edildi - FOTO
23 Oktyabr 2026 - 10:04
Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
23 Oktyabr 2026 - 11:50
Metronun bu stansiyası YENİDƏN AÇILIR
23 Oktyabr 2026 - 14:48
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23 Oktyabr 2026 - 22:34
Cəlilabadda baş verən yanğın söndürüldü - YENİLƏNİB
23 Oktyabr 2026 - 15:26
Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
Xəbər xətti
- 24 Oktyabr 2026
- 09:14 "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
- 08:58 Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
- 08:30 Payız depressiyasının çarəsi olan 10 qida
- 08:00 Armudun insan orqanizminə zərərləri
- 01:30 50 yaşdan sonra qəhvənin faydaları və riskləri
- 00:33 Bakıda ilk kozinonun açılacağı tarix elan edildi - FOTO
- 00:30 Zaqatalaya güclü leysan və dolu yağdı
- 23 Oktyabr 2026
- 23:52 Akif Əyyubov vəfat etdi
- 23:43 ABŞ-də Ukrayna səfirliyinin ətrafında şübhəli əşya - Yollar bağlandı
- 23:31 Ailəsi meyitini tövlədə tapdı - Müəmmalı ölüm
- 23:17 Zelenski üçtərəfli görüşün yerini və vaxtını açıqladı
- 22:54 “Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı - FOTOLAR
- 22:34 Cəlilabadda baş verən yanğın söndürüldü - YENİLƏNİB
- 22:16 Usta işlədiyi evdən meyiti tapıldı
- 21:53 Read Qasımov paytaxt sakinlərini qəbul etdi - FOTOLAR
- 21:32 Robert Köçəryanın həbs müddəti daha 2 ay uzadıldı
- 21:16 "Zirə" "Sumqayıt"a qalib gəldi
- 20:52 Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq - QƏRAR
- 20:35 Rusiya Xerson istiqamətində atəşkəs elan edib
- 20:16 Dövlət Bağçalı Azərbaycan səfirini qəbul etdi
- 19:51 Bakıda evdən meyit tapıldı
- 19:34 Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü - YENİLƏNİB
- 19:18 Ukrayna PUA-larla Moskva aeroportlarına hücum etdi - VİDEO
- 19:04 "Vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib" - Ayxan Hacızadə
- 18:43 Təbiətə 40 min manatdan çox ziyan vuruldu
- 18:29 Ombudsmanın hüquqi nəşrlərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
- 18:14 Qazaxda TIR yandı
- 17:55 82 kiloqram narkotik dövriyyədən çıxarıldı
- 17:45 Bu ölkədə güclü zəlzələ baş verdi
- 17:45 "Arsenal" Aleks Baenanı heyətinə qatmaq istəyir
- 17:40 Bakı-Qazax yolunda TIR yanıb - FOTO
- 17:38 7 ballıq zəlzələdə 16 nəfər həlak oldu
- 17:34 Fransanın 23 vilayətində xəbərdarlıq edildi
- 17:30 Buraxılış və qəbul imtahanları ilə bağlı VACİB QƏRAR
- 17:23 Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı QƏRAR
- 17:15 Azərbaycan-Hindistan münasibətlərini müzakirə etdilər - Fotolar
- 17:07 Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür - FOTO/VİDEO
- 17:00 Kilsəyə silahlı hücum - 7 ölü, 10 yaralı
- 16:58 Xocavənd və Ağdərə sakinləri doğma yurdlarına qayıtdılar - YENİLƏNDİ
- 16:51 İnternetlə qoxu göndərmək mümkün olacaq - Yeni texnologiya sınaqdan keçirilir
- 16:50 Salyanda ağır qəza - Ölən və yaralananlar var (YENİLƏNDİ)
- 16:49 Trampın sağlamlığı ilə bağlı suallar yenidən gündəmdə
- 16:42 Türkiyədə ağır yol qəzası - Polis əməkdaşı həlak oldu
- 16:42 Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
- 16:38 Himalay dağlarında FACİƏ - 2 alpinistin cəsədi tapıldı
- 16:35 Göyçayda evlərdən 24 min manat oğurlandı
- 16:27 İri Şəhərlərin Su Təchizatının yeni icraçı direktoru kollektivə təqdim edildi - FOTOLAR
- 16:20 Yağıntılı hava neçə gün davam edəcək?
- 16:12 “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri keçirilir
- 16:09 İlham Əliyev bu sazişi təsdiqlədi - FƏRMAN
- 15:46 “Siz də, maşallah, çox yaxşı görünürsünüz” - Dövlət başçısı