Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir - FOTOLAR

16:15 - 13 May 2026

Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir - FOTOLAR

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı Baş Konfransının 15-ci sessiyası keçirilir.


Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir.

Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.

Qeyd edək ki, Baş Konfrans 15-ci çərçivəsində "Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli"nin açılış mərasimi də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az