Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadənin evində xeyir iş olub.
Manset.az xəbər verir ki, sənətkarın oğlu Əmrah evliliyə ilk addımını atıb. O, Aysun adlı xanımla nişanlanıb.
Nişan mərasimi ötən gün paytaxtın məşhur restoranlarından birində baş tutub. Gecədə sənət adamları və şou-biznes nümayəndələri iştirak ediblər.
Məclisin aparıcılığı isə tanınmış teleaparıcı Vüsalə Əlizadəyə həvalə olunub.