logo
logo logo
logo

Adil Kərimlinin UNESCO - nun Baş qərargahında səfəri başladı

11:26 - 15 İyun 2026

Adil Kərimlinin UNESCO - nun Baş qərargahında səfəri başladı

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirak məqsədilə Paris şəhərinə səfər edib.


Manset.az xəbər verir ki, səfər çərçivəsində UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani, UNESCO İcraiyyə Şurasının sədri Nasser bin Həməd Al Hinzab, UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti Khondker M. Talha və təşkilatın rəhbər şəxsləri ilə görüşlər nəzərdə tutulur.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az