logo
logo logo
logo

Adil Kərimli beynəlxalq konfransda çıxış etdi - FOTOLAR

17:44 - 24 İyun 2026

Adil Kərimli beynəlxalq konfransda çıxış etdi - FOTOLAR

İyunun 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində təşkil olunan elmi-praktik konfransda iştirak edib. 


Manset.az xəbər verir ki, “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunan konfransda çıxış edən Adil Kərimli Azərbaycan muğam sənətinin xalqımızın milli-mədəni kimliyində xüsusi yer tutduğunu vurğulayıb. 

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına və təbliğinə davamlı qayğı göstərildiyini diqqətə çatdırıb. 

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunub yaşadılması, ölkəmizdə və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verən müxtəlif səpkili layihələr həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az