XV Qəbələ Beynəlxalq Musiqi Festivalı bu gündən öz işinə başlayıb.
Manset.az xəbər verir ki, hazırda Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilir. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin açılışı Simfonik Orkestrin ifası ilə baş tutub.