logo
logo logo
logo

Ceki Çan Bakıdadır

10:04 - 03 Avqust 2026

Ceki Çan Bakıdadır

Dünya şöhrətli aktyor Ceki Çan “Tanrının yaraqları 4: Ultimatum” filminin çəkilişlərində iştirak etmək üçün Bakıya gəlib.


Manset.az xəbər verir ki, o, paytaxtda təxminən 10 gün qalacaq.

Filmin bir sıra səhnələri İçərişəhər, Dağüstü park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr meydanı və paytaxtın mərkəzi küçələrində lentə alınacaq. Çəkilişlərdən əvvəl yaradıcı heyət Qazaxıstanda işləyib, daha sonra isə işlərini Azərbaycanda davam etdirəcək.

Qeyd edək ki, “Tanrının yaraqları 4” məşhur film franşizasının yeni hissəsidir. Ceki Çan bu ekran əsərində yenidən məşhur "Asiya Şahini" obrazını canlandıracaq. Filmin dünya premyerasının 2027-ci ilin ikinci rübündə baş tutması planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az