logo
logo logo
logo

Xankəndidə möhtəşəm bayram konserti keçirildi - FOTOLAR  

17:32 - 21 Sentyabr 2026

Xankəndidə möhtəşəm bayram konserti keçirildi - FOTOLAR  

20 sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə konsert keçirilib.


Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkil etdiyi konsert Xankəndi şəhərinin mərkəzi meydanında gerçəkləşib.

Əvvəlcə Xankəndi, Xocalı və Ağdərədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də vətəndaşların doğma yurdlarına qayıdışı ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti müəllimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub, bəstəkar və xalq mahnılarımız səsləndirilib.

Bayram konsertini TÜRKSOY-un baş katibi Sultan Raev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və şəhər sakinləri izləyiblər.

Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda atəşfəşanlıq olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az