logo
logo logo
logo

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirildi - FOTOLAR

14:00 - 04 Oktyabr 2026

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirildi - FOTOLAR

Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.


Manset.az xəbər verir ki, səhnə əsərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət nümayəndələri və teatrsevərlər izləyiblər.

Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli isə Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.

Rollarda Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda teatrın xor və balet truppaları çıxış edib.  

Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin mütəfəkkir şairi Ömər Xəyyama aiddir.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli səhnəyə çıxaraq yaradıcı kollektivi təbrik edib, xatirə şəkilləri çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az