Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Şuşaya gəlib.
Manset.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.
"Azadlığın ətrini hiss et", - o paylaşımında yazıb.
Bundan başqa, N.Cavadzadənin qohumu, “Yüz ilin sirləri” layihəsinin rəhbəri Hüseyn Cavadzadə də onunla Şuşada çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.